Netanyahu soyqırım üçün bəhanə axtarır - Fidan

Netanyahu soyqırım üçün bəhanə axtarır - Fidan
Dünya 31 Oktyabr 2025 19:17

Netanyahu bütün dünya ictimaiyyəti qarşısında atəşkəsi pozmaq və soyqırımı yenidən başlatmaq üçün (Qəzzada) bəhanə axtarışındadır.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu Türkiyə xarici işlər naziri Hakan Fidan estoniyalı həmkarı Marqus Tsakna ilə birgə mətbuat konfransında deyib.

“Atəşkəsin davam etməsi ilə bağlı narahatlıqlarımız var. Beynəlxalq birliyin böyük əksəriyyəti atəşkəsin davam etməsi, soyqırımın təkrarlanmaması yönündə razılığı var. Şarm əl-Şeyxdə imzalanan sənədlər razılaşmanın ən ali səviyyəsi idi”, - deyə H.Fidan bildirib.