Rusiyalı hərbçilər “Azovstal”da 152 ukraynalının cəsədini aşkar edib

Rusiyalı hərbçilər “Azovstal”da 152 ukraynalının cəsədini aşkar edib
Dünya 31 May 2022 16:10

Rusiyalı hərbçilər Mariupoldakı “Azovstal” zavodunun zirzəmisində içərisində 152 ukraynalı hərbçinin cəsədi olan furqon aşkar edib.

SİTAT.İNFO “TASS”a istinadən xəbər verir ki, bu barədə məlumatı Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi general-mayor İqor Konaşenkov açıqlayıb.

Onun sözlərinə görə, rusiyalı hərbçilər furqona baxış keçirərkən cəsədlərin altında yerləşdirilən 4 mina aşkar edib.

Konaşenkov qeyd edib ki, “Azov” alayının əsir götürülən döyüşçüləri dindirilmə zamanı bildiriblər ki, sözügedən minalar Kiyevin birbaşa göstərişi əsasında yerləşdirilib.

General-mayor, həmçinin söyləyib ki, bu təxribatın məqsədi Rusiyanı ukraynalı hərbçilərin cəsədlərini bilərəkdən məhv etməkdə təqsirləndirmək olub.

Ləman,

SİTAT.İNFO