Dağıstana PUA hücumu olub

Dağıstana PUA hücumu olub
Dünya 22 Oktyabr 2025 09:03

Dağıstana Ukrayna PUA-larının hücumu olub.

Sitat.info xəbər verir ki, bu barədə regionun rəhbəri Sergey Melikov Teleqramda məlumat verib.

O qeyd edib ki, PUA hücumunun hədəf respublikanın müəssisələrindən biri olub.

“Hazırda həlak olanlar və yaralananlar barədə məlumat yoxdur. Dağıntılarla bağlı məlumatlar dəqiqləşdirilir”, - Melikov kanalında yazıb.