Madaqaskarda hərbçilər hakimiyyəti ələ keçiriblər

Madaqaskarda hərbçilər hakimiyyəti ələ keçiriblər
Dünya 14 Oktyabr 2025 21:23

Madaqaskarda etirazçıları dəstəkləyən bir qrup hərbçi hakimiyyəti ələ keçirdiklərini və bütün keçmiş idarəetmə orqanlarını ləğv etdiklərini bəyan edib.

Sitat.info xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.

Məlumata görə, parlament ölkə Prezident Andri Radzuelinanın hakimiyyətdən uzaqlaşdırılması barədə qərar qəbul edib. Bundan sonra səsvermənin etibarlılığı Madaqaskarın Ali Konstitusiya Məhkəməsi tərəfindən təsdiqlənməlidir.