Finlandiya XİN başçısı Azərbaycana səfər edəcək

Finlandiya XİN başçısı Azərbaycana səfər edəcək
Dünya 10 Oktyabr 2025 14:02

Finlandiyanın xarici işlər naziri, Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının (ATƏT) fəaliyyətdə olan sədri Elina Valtonen Azərbaycana səfər edəcək.

Sitat.info xəbər verir ki, E.Valtonen oktyabrın 13-15-də Cənubi Qafqaz ölkələrinə səfər edəcək.

Bu, onun ATƏT-in fəaliyyətdə olan sədri kimi Cənubi Qafqaza ilk səfəridir.