Polşadan Ukraynaya hərbi yardım davam edir: Özüyeriyən tanklar göndərildi...

Polşadan Ukraynaya hərbi yardım davam edir: Özüyeriyən tanklar göndərildi...
Dünya 30 May 2022 12:35

Polşa Rusiyanın hücumlarına qarşı Ukraynaya 18 ədəd özüyeriyən haubitsa göndərdiyini açıqlayıb.

SİTAT.İNFO xəbər verir ki, Polşa Rusiyanın hücumu altındakı Ukraynaya hərbi yardımlarını davam etdirir. Fevralın 24-də Rusiya hücumları başlayandan Ukraynaya hərbi yardım edən Polşa, 18 ədəd özüyeriyən AHS Krab haubitsa göndərib.

Həmçinin 100 nəfər Ukrayna əsgəri haubitsalardan istifadə üzrə təlimə cəlb olunub. Polşa ordusu tərəfindən keçirilən təlim tamamlanıb. Polşanın bu köməyi sayəsində Ukraynanın əlindəki Qərb istehsalı olan haubitsaların sayı 24-ə yüksəlib  Adıçəkilən haubitsaların nə vaxt göndərildiyi isə  açıqlanmayıb.

Ləman Sərvanqızı

SİTAT.İNFO