Daha bir Türkiyə hərbçisi şəhid oldu

Daha bir Türkiyə hərbçisi şəhid oldu
Dünya 30 May 2022 12:08

İraqın şimalında aparılan “Pəncə-Kilid” antiterror əməliyyatında Türkiyə Ordusunun hərbçisi – çavuş İslam Sancaq şəhid olub.

Sitat.info xəbər verir ki, bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, o, ötən gün PKK terrorçuları ilə atışmada ağır yaralanaraq xəstəxanaya qaldırılsa da, hərbçinin həyatını xilas etmək mümkün olmayıb.