Ukrayna Belqoroda raket zərbəsi endirib, ölənlər var
Ukrayna Rusiyanın Belqorod vilayətinə raket zərbəsi endirib.
Sitat.info xəbər verir ki, bu barədə vilayət qubernatoru Vyaçeslav Qladkov bildirib.
İlkin məlumatlara görə, raket zərbəsi nəticəsində 3 nəfər ölüb, 1 nəfər yaralanıb.
"Şebekinski rayonunun Maslova Pristan qəsəbəsi raket atəşinə tutulub. İlkin məlumata görə, 3 nəfər ölüb, 1 nəfər yaralanıb. Sosial obyekt binası qismən dağılıb. Artıq Fövqəladə Hallar Nazirliyinin şəxsi heyəti və özünümüdafiə qüvvələri hadisə yerindədir, dağıntıları təmizləyir. Dağıntılar altında insanlar ola bilər", - qubernator qeyd edib.