ABŞ-da iri neft emalı zavodunda DƏHŞƏTLİ PARTLAYIŞ

ABŞ-da iri neft emalı zavodunda DƏHŞƏTLİ PARTLAYIŞ
Dünya 03 Oktyabr 2025 10:48

ABŞ-nin Kaliforniya ştatında yerləşən Chevron şirkətinə məxsus neft emalı zavodunda güclü partlayış və yanğın baş verib.


Sitat.info  xəbər verir ki, hadisə ilə bağlı yerli media məlumat yayıb.

Partlayışın səbəbləri və nəticələri barədə hələlik dəqiq məlumat verilmir. Əraziyə çoxlu sayda yanğınsöndürən və xilasedici briqadalar cəlb olunub.

Hadisə ictimaiyyətdə böyük narahatlıq yaradıb. İstintaqın davam etdiyi bildirilir./Musavat.com