Ukrayna ABŞ-dan təcili ağır silahlar istədi - Kulebadan Blinkenə zəng
ABŞ-ın Xarici İşlər Naziri Antoni Blinken Ukraynanın Xarici İşlər Naziri Dmitro Kuleba ilə ərzaq böhranı ilə bağlı telefon danışığı aparıb.
Nazir Kuleba sosial media hesabından verdiyi açıqlamada, Blinkenlə Ukraynanın təcili olaraq ağır silah tədarükü ehtiyacını müzakirə etdiyini bildirib: "Mən Blinkenin Ukraynaya davamlı qlobal dəstək vermək üçün şəxsi səylərini yüksək qiymətləndirirəm. Ağır silahlar bizim gündəmimizdə əsas yer tutur. Bu silahlar indiki anda Ukraynaya lazımdır. Ukrayna və ABŞ Rusiyanın ehtiyatsız blokadasına baxmayaraq, bizim ərzaq ixracatını təmin etmək üçün əl-ələ çalışır".
Ləman,
Sitat.info