Pakistanda terror aktı: 10 ölü, 32 yaralı

Pakistanda terror aktı: 10 ölü, 32 yaralı
Dünya 30 Sentyabr 2025 14:20

Pakistanın Bəlucistan əyalətinin Kvetta şəhərində baş verən partlayış nəticəsində azı 10 nəfər həlak olub, 32 nəfər yaralanıb.

Sitat.info xəbər verir ki, bu barədə yerli Səhiyyə Departamenti məlumat yayıb.

Bildirilib ki, şəhərin bütün tibb müəssisələri gücləndirilmiş iş rejiminə keçirilib.

Məlumata görə, partlayışı “Fitna əl-Xavaric” terror qruplaşmasının kamikadzesi törədib. Qrup əvvəllər “Təhrik-i-Taliban Pakistan” adı ilə tanınıb. Hadisə ilə bağlı araşdırma aparılır.