Tbilisidə atışma olub, xəsarət alanlar var

Tbilisidə atışma olub, xəsarət alanlar var
Dünya 27 May 2022 22:19

Gürcüstanın paytaxtı Tbilisidə atışma olub.

SİTAT.İNFO “Report”a istinadən xəbər verir ki, hadisə Vake rayonunda, Arakişvili küçəsində baş verib.

Məlumata görə, işıqforda dayanan avtomobildəki şəxslərə təxminən 10 atəş açılıb. Hadisə zamanı 2 nəfər güllə yarası alıb.

Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Daxili İşlər Nazirliyi hələlik hadisə ilə bağlı açıqlama yaymayıb.