ABŞ-da atışma nəticəsində 3 polis həlak olub

ABŞ-da atışma nəticəsində 3 polis həlak olub
Dünya 18 Sentyabr 2025 08:58

ABŞ-ın Pensilvaniya ştatında baş vermiş atışma nəticəsində 3 polis əməkdaşı həlak olub, ikisi isə ağır yaralanıb.

Sitat.info xəbər verir ki, bu haqda “The New York Times“ qəzeti məlumat yayıb.

Hücum edən şəxsin polis tərəfindən zərərsizləşdirildiyi, yaralanan iki polis əməkdaşının isə xəstəxanaya yerləşdirildiyi bildirir.

Məlumata görə hadisə polis əməkdaşlarının məhkəmə qərarı ilə axtarış aparmağa getdiyi ərazidə baş verib.