ABŞ Prezidenti Çinə səfər edə bilər

ABŞ Prezidenti Çinə səfər edə bilər
Dünya 17 Sentyabr 2025 14:14

ABŞ Prezidenti Donald Tramp oktyabrın sonu - noyabrın əvvəlində Çinə səfər edə bilər.

Sitat.info xəbər verir ki, bu barədə “South China Morning Post” (SCMP) mənbələrə istinadla məlumat yayıb.

Qəzetin mənbəsi bildirib ki, Çin hakimiyyəti sentyabrın əvvəlində Donald Trampa dövlət səfəri üçün dəvət göndərib.

Nəşr səfərə hazırlıqların son mərhələdə olduğunu qeyd edib.