Nigeriyada Lassa qızdırması epidemiyası: 162 ölü
Bu il Nigeriyada Lassa qızdırmasından ölənlərin sayı 162 nəfərə çatıb.
NCDC, epidemiyada ümumilikdə 7375 hadisənin bildirildiyini, 871-inin laboratoriya testləri ilə təsdiqləndiyini açıqlayıb.
O, həmçinin 21-30 yaş arası gənclərin epidemiyadan ən çox təsirləndiyini, kişilərin qadınlara nisbətən daha çox yoluxduğunu bildirib.
Bəyanatda vurğulanıb ki, hadisələrin gec bildirilməsi, müalicə xərclərinə görə səhiyyə xidmətlərinə az baş çəkmək və aşağı gəlirli icmalarda gigiyena qaydalarına riayət edilməməsi yüksək ölüm nisbətinə səbəb olur.
Rəsmilər, Lassa qızdırmasına nəzarət etmək üçün beş illik (2025-2029) strateji plana başlayacaqlarını açıqladılar.
Siçovul nəcisi ilə təmasdan keçən Lassa qızdırması insandan insana keçə bilər və ölümcül hemorragik qızdırmaya səbəb olur. Rəsmilər sakinlərə siçovullar və digər gəmiricilərlə təmasdan qaçmaq barədə xəbərdarlıq edir.