Polşada hava limanları bağlandı

Polşada hava limanları bağlandı
Dünya 10 Sentyabr 2025 09:40

Polşanın Varşava və Jeşuv şəhərlərində hava limanları fəaliyyətini dayandırıb. 

Sitat.info  xəbər verir ki, bu barədə məlumatı ABŞ-nin Federal Mülki Aviasiya İdarəsinə (FAA) istinadən “Reuters” agentliyi yayıb. 

Bildirilib ki, buna səbəb naməlum obyektlərin Polşanın hava məkanına daxil olması olub.

Eyni zamanda, ölkənin Müdafiə Nazirliyi həmin obyektlərin aşkar edilməsi və zərərsizləşdirilməsi istiqamətində əməliyyat həyata keçirildiyini açıqlayıb.