ABŞ "ölümcül tələlər" hazırlayır - Hizbullah

ABŞ \"ölümcül tələlər\" hazırlayır - Hizbullah
Dünya 28 Avqust 2025 09:11

ABŞ, Livan ordusu ilə Hizbullahı üz-üzə gətirməyi hədəfləyən “öldürücü tələlər” qurur.

Sitat.info xəbər verir ki, bu sözləri Hizbullahın baş katibinin siyasi müşaviri Hüseyn Xəlil bildirib.

Məlumata görə, Xəlil ABŞ-ın məqsədinin Livanın malik olduğu bütün müqavimət və müdafiə elementlərini ortadan qaldırmaq, Hizbullahı isə silahsızlaşdırmaq olduğunu bildirib.

O, ABŞ-ın Livanın müstəmləkəyə çevrilməsini, həmçinin Livan ordusu ilə Hizbullahı qarşı-qarşıya gətirməyə çalışdığını və bunun üçün “ölümcül tələlər” qurduğunu deyib.