Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan

Bakı qarşısında belə bir öhdəlik götürməmişik - Mirzoyan
Gündəm 27 Avqust 2025 17:00

Ermənistan konstitusiya dəyişiklikləri ilə bağlı Azərbaycan qarşısında heç bir öhdəlik götürməyib.

Sitat.info xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.

“Konstitusiya Vaşinqtonda müzakirə olunmayıb və bizim heç bir üçüncü ölkə qarşısında Konstitusiyamızı dəyişdirmək öhdəliyimiz yoxdur”, - Mirzoyan bildirib.