Tramp Kim Çen In ilə görüşmək niyyətindədir

Tramp Kim Çen In ilə görüşmək niyyətindədir
Dünya 25 Avqust 2025 22:20

ABŞ Prezidenti Donald Tramp bildirib ki, Şimali Koreya lideri Kim Çen In ilə görüş keçirməyi planlaşdırır.

Sitat.info xəbər verir ki, Tramp bu barədə Ağ Evdə bir sıra yeni sərəncamların imzalanması mərasimində jurnalistlərin suallarını cavablandırarkən bildirib.

“Əslində, mən onu bir gün görəcəyəm. Görüş keçirməyə hazıram. Mən buna həqiqətən hazıram”, - Ağ Ev rəhbəri qeyd edib.