Qəzzada 4 jurnalist həlak oldu

Qəzzada 4 jurnalist həlak oldu
Dünya 25 Avqust 2025 13:37

İsrailin Qəzzanın Xan Yunis şəhərində yerləşən “Nasir” xəstəxanasına endirdiyi hava zərbəsi nəticəsində 15 nəfər həlak olub.

Sitat.info xəbər verir ki, bu barədə Fələstin mediası məlumat yayıb.

Məlumata görə, ölənlər arasında 4 jurnalist də var.

İsrail ordusu hələlik hadisə ilə bağlı şərh verməyib.