ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırdı

ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırdı
Dünya 20 Avqust 2025 11:30

ABŞ Prezidenti Donald Tramp jurnalist Mark Levinin Yutub kanalına müsahibə verib.

Sitat.info xəbər verir ki, o, burada Ermənistan-Azərbaycan münasibətlərinin normallaşması prosesindəki roluna bir daha toxunub.

Digər münaqişələr arasında Tramp burada da mühüm töhfəsi olduğunu qeyd edib.

Ermənistan-Azərbaycan sülh prosesindən danışan ABŞ prezidenti Ermənistanı “Albaniya” adlandırıb.