Ukrayna min hərbçinin cəsədini geri aldı

Ukrayna min hərbçinin cəsədini geri aldı
Dünya 19 Avqust 2025 15:57

Rusiya və Ukrayna arasında yeni cəsəd mübadiləsi baş tutub.

Sitat.info  xəbər verir ki, bu barədə Ukrayna Koordinasiya Qərargahı məlumat yayıb.

Məlumata görə, Rusiya tərəfi 19, Ukrayna tərəfi isə 1000 cəsəd alıb.

Ukrayna tərəfi bildirib ki, geri qaytarılanların əksəriyyəti İstanbuldakı razılaşmalara əsasən ağır yaralı və xəstə əsirlər siyahısında olanlar idi və salamat şəkildə geri dönməli idilər.