Modi sentyabrda Trampla görüşmək niyyətindədir

Modi sentyabrda Trampla görüşmək niyyətindədir
Dünya 13 Avqust 2025 11:40

 Hindistanın baş naziri Narendra Modi sentyabrda BMT Baş Assambleyasında iştirak etmək və ABŞ prezidenti Donald Trampla ikitərəfli danışıqlar aparmaq üçün ABŞ-a getməyi planlaşdırır,

Sitat.info xəbər verir ki, "The Indian Express" məlumatlı mənbələrə istinadən xəbər verir.

ABŞ-a səfərin rəsmi səbəbi Nyu-Yorkda keçiriləcək BMT Baş Assambleyasında iştirak etməkdir, lakin “əsas məqsəd ABŞ prezidenti ilə görüşmək, ticarət məsələlərini həll etmək və tariflərlə bağlı ortaq mövqeyə gəlmək olacaq”.

Mənbələrin məlumatına görə, Modinin ABŞ-a səfəri sentyabrın son həftəsinə planlaşdırılıb.

Artıq buna hazırlıq gedir - akkreditasiya prosesi və səfərin özünün təşkili avqustda başa çatmalıdır.

Bundan əvvəl ABŞ prezidenti Donald Tramp Dehlinin Rusiya neftini almasına görə Hindistan mallarına 50 faiz rüsum tətbiq edib.

Səid,

Sitat.info