AB Ukraynaya əlavə 535 milyon yardım etdi

AB Ukraynaya əlavə 535 milyon yardım etdi
Dünya 25 May 2022 12:49

Avropa Sülh Proqramı çərçivəsində Ukrayna üçün daha 535 milyon dollar ayrılması qərara alınıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, üzv ölkələri təmsil edən Aİ Şurasının bəyanatına görə, bu məbləğlə birgə blokun Ukraynaya ümumi hərbi dəstəyi 2,14 milyard dollara çatıb.

Bəyanatda əlavə edilib ki, ümumi məbləğin 520 milyon dollarının hərbi texnika, qalan hissəsi isə şəxsi qoruyucu vasitələr, ilkin tibbi yardım dəstləri və yanacağın təmin olunmasına xərclənməsi planlaşdırılır.