Rus ordusu 4 yaşayış məntəqəsini ələ keçirdi

Rus ordusu 4 yaşayış məntəqəsini ələ keçirdi
Dünya 25 May 2022 12:39

Rusiya ordusu 4 yaşayış məntəqəsini ələ keçirib.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bu barədə qondarma “lxr”in nümayəndəsi İvan Filiponenko məlumat verib.

Onun sözlərinə görə, döyüşlər nəticəsində Svetlodarsk, Luqanskoe, Mironovski və Toşkovka yaşayış məntəqələri ələ keçirilib.

Qeyd edək ki, Svetlodarsk şəhərinin tutulması barədə separatçılar məlumat yaymışdılar. Hətta meriya binasının üzərində də Rusiya bayrağı qaldırılmışdı. Şəhərdə Avropanın ən böyük istilik elektrik stansiyalarından biri olan Uqleqorsk İES yerləşir.