ABŞ-da polad zavodunda partlayış

ABŞ-da polad zavodunda partlayış
Dünya 11 Avqust 2025 22:11

ABŞ-ın Pensilvaniya ştatında polad zavodunda partlayış baş verib.

Sitat.info xəbər verir ki, partlayışdan sonra dağıntılar altında qalan insanlar üçün xilasetmə əməliyyatı aparılır.

Pitsburq şəhərindən təqribən 25 km kənarda yerləşən zavodda neçə nəfərin dağıntılar altında qaldığı hələlik məlum deyil.