II Qaregin ABŞ-yə gedib

II Qaregin ABŞ-yə gedib
Dünya 08 Avqust 2025 12:13

Bütün ermənilərin katolikosu II Qaregin bu gün ABŞ-yə birhəftəlik səfərə yola düşüb.

Sitat.info Ermənistan mediasına istinadən xəbər verir ki, bu barədə Eçmiədzin kilsəsinin dəftərxanası məlumat yayıb.

"Katolikos Erməni Apostol Kilsəsinin Şərqi Amerika yeparxiyasını ziyarət edəcək, yeparxiyanın başçısı, ruhanilərin nümayəndələri və Eçmiədzinin xeyriyyəçiləri ilə görüşlər keçirərək həyata keçirilən layihə və proqramları müzakirə edəcək", - məlumatda bildirilib.