Bu halda ödənişli yoldan istifadə məsuliyyətə səbəb olacaq

Bu halda ödənişli yoldan istifadə məsuliyyətə səbəb olacaq
Dünya 04 Avqust 2025 12:40

Azərbaycanda avtomagistraldan ödənişli yol kimi istifadə Qaydasında dəyişiklik edilib.

Sitat.info xəbər verir ki, bununla bağlı Baş nazir Əli Əsədov Qərar imzalayıb.

Qərara əsasən, ödəniş məntəqələrindən keçmədən kənar yollardan (yerlərdən) istifadə etməklə, habelə ödənişsiz gediş hüququna malik istifadəçilər üçün müəyyən edilmiş xidməti keçid zolağından belə hüququ olmayan istifadəçilər tərəfindən ödənişli avtomagistrallara daxil olmaq və ya oradan çıxmaq məsuliyyətə səbəb olacaq.