Tramp Pakistana gedəcək
ABŞ Prezidenti Donald Trampın sentyabrda Pakistana səfər edəcəyi gözlənilir.
Sitat.info xəbər verir ki, bu barədə “Reuters” nəşri məlumat yayıb.
Bildirilib ki, bu, sabiq ölkə başçısı Corc Buşun (ABŞ-nin 43-cü prezidenti, 2001-2009-cu illər - red.) 2006-cı ildə Pakistana səfərindən sonra prezident səviyyəsində ilk səfər olacaq.
Qeyd olunub ki, Tramp sentyabrda, həmçinin Hindistana da səfər edəcək.
Pakistan XİN isə Trampın gözlənilməz səfərindən xəbərsiz olduğunu açıqlayıb.