Almaniyada Polşa konsulluğuna hücum...

Almaniyada Polşa konsulluğuna hücum...
Dünya 22 May 2022 19:36

Almaniyanın Hamburq şəhərində Polşa Baş Konsulluğunun binasına siyasi motivli hücum olub.

Sitat.info Axar.az-a istinadən xəbər verir k, bu barədə yerli polisin məlumatında deyilir.

Bildirilib ki, naməlum şəxslər binanın divarını rəngləyib, şüşələrini sındırıblar. Həmçinin konsulluğun həyətyanı sahəsində iki avtomobil şini də yandırılıb.