Səfərovların nəşi bu gün axşam gətiriləcək

Səfərovların nəşi bu gün axşam gətiriləcək
Dünya 30 İyun 2025 09:59

“Azərbaycan Respublikasının Yekaterinburqdakı Baş Konsulluğundan verilən son məlumata görə, bu gün Bakı vaxtı ilə 17:30-da qardaşlarım Hüseyn və Ziyəddin Səfərovların nəşini gətirəcək təyyarə yola düşəcək, 20:25-də Bakıya çatacaq. Bir dəyişiklik olmasa, bu vaxta gözlənilir”.

Bu barədə Sitat.info-ya Rusiyanın Yekaterinburq şəhərində Federal Təhlükəsizlik Xidməti tərəfindən keçirilən əməliyyat zamanı qətlə yetirilən şəxslərin qardaşı Seyfəddin Hüseynli məlumat verib.

 Heydər Əliyev adına Beynəlxalq Hava Limanının mətbuat xidmətindən bildirilib ki, cənazələr UTair hava yolları ilə Azərbaycana gətiriləcək.