Putin təslim olsa da, sanksiyalar ləğv edilməyəcək - Pekar

Putin təslim olsa da, sanksiyalar ləğv edilməyəcək - Pekar
Dünya 22 May 2022 13:15

Putin kapitulyasiyaya imza atsa belə, Rusiyaya qarşı tətbiq edilən sanksiyalar ləğv edilməyəcək.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu ukraynalı iqtisadçı Valeri Pekar deyib.

“Rusiya iqtisadiyyatı indi görünməyəcək sanksiyaların təsiri altındadır. Düşünməyin ki, Putin təslim olacaq və ya sülh elan edəcək və sanksiyalar asanlıqla aradan qaldırılacaq. Bir çox sanksiyalar uzunmüddətlidir, bütöv bir nəsil üçün onları belə ləğv etmək olmaz”.