Qətərdən İrana reaksiya: "Danışıqlar masası və dialoqa qayıtmağa çağırırıq"

Qətərdən İrana reaksiya: \"Danışıqlar masası və dialoqa qayıtmağa çağırırıq\"
Dünya 24 İyun 2025 13:07

İranın Əl-Udeyddəki ABŞ bazasına hücumuna Qətər reaksiya verdi


Sitat.info xəbər verir ki, İranın Əl-Udeyddəki ABŞ bazasına hücumundan sonra Qətər bütün hərbi əməliyyatları dayandırmağa çağırıb.

Qətər Xarici İşlər Nazirliyi İranın hücumuna cavab olaraq deyib: "Biz bütün hərbi əməliyyatları dərhal dayandırmağa və ciddi şəkildə danışıqlar masası və dialoqa qayıtmağa çağırırıq".

Qeyd olunub ki, Qətər XİN İranın bu ölkədəki səfirini çağırıb.