Böyük Britaniyadan İrana xəbərdarlıq- "Sizin üçün üçün fəlakətli səhv olar"

Böyük Britaniyadan İrana xəbərdarlıq- \"Sizin üçün üçün fəlakətli səhv olar\"
Dünya 23 İyun 2025 18:25

Böyük Britaniyanın xarici işlər naziri David Lammy İranı qisas almaq barədə xəbərdarlıq edib

Sitat.info xəbər verir ki,  David Lammy BBC-yə verdiyi müsahibədə İranın xarici işlər naziri ilə birbaşa danışdığını təsdiqləyərək regional gərginliyin artması fonunda kəskin mesaj verib.

“Mən İrana dedim ki, ABŞ bazalarını atəşə tutmaqla və ya Hörmüz boğazının əsas gəmiçilik zolağına qadağa qoymaqla cavab addımı atsalar, onlar üçün fəlakətli səhv olardı”, - Böyük Britaniyanın xarici işlər naziri deyib.

Böyük Britaniya ABŞ-ın İranın nüvə obyektlərinə hücumlarından uzaq durmağa çalışıb. Baş nazir Keir Starmer dünən Britaniyanın hərbi əməliyyatlarda iştirak etmədiyini və gərginliyin qarşısının alınmasının vacibliyini vurğuladı.

Seymur,

Sitat.info