Fordoda çox ciddi zərər gözlənilir -MAQATE rəhbəri

Fordoda çox ciddi zərər gözlənilir -MAQATE rəhbəri
Dünya 23 İyun 2025 13:31

BMT-nin Nüvə Müşahidə Təşkilatının rəhbəri Rafael Qrossi ABŞ-ın hücumlarından sonra İranın nüvə obyektlərinin vəziyyəti ilə bağlı son açıqlama verib.

Sitat.info xəbər verir ki, Qrossinin təhlükə barədə xəbərdarlıq edib: "Fordo sahəsində artıq kraterlər görünür... Bu yerə nüfuz edən sursatların istifadə edildiyini göstərir".

MAQATE də daxil olmaqla heç kim Fordoda yeraltı zərəri tam qiymətləndirə bilməsə də, bu çox ciddi zərər olacaq. Bunun səbəbi istifadə olunan partlayıcı yük və sentrifuqaların həddindən artıq vibrasiyaya həssas olmasıdır. 

Aytac,

Sitatinfo