İsrailin bu obyektlərini vurduq - SEPAH

İsrailin bu obyektlərini vurduq - SEPAH
Dünya 22 İyun 2025 12:24

İranın İsrailə səhər hücumunun hədəfləri bioloji tədqiqat mərkəzi, Ben Qurion hava limanı və müxtəlif səviyyələrdəki komanda və idarəetmə mərkəzləri olub.

Sitat.info xəbər verir ki, bu barədə SEPAH-dan məlumat verilib.

Bildirilib ki, səhər hücumu “Doğru vəd-3” əməliyyatının iyirminci dalğası idi.

Qeyd edək ki, bu gün İranın İsrailə raket zərbələri nəticəsində 16 mülki sakin yaralanıb.