ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq
Gündəm 21 İyun 2025 14:50

ABŞ-ın müharibədə iştirakı hamı üçün çox təhlükəli olacaq.

Sitat.info xəbər verir ki, bu barədə İranın xarici işlər naziri Abbas Arakçı İstanbulda İslam Əməkdaşlıq Təşkilatı Xarici İşlər Nazirləri Şurasının 51-ci iclasında bildirib.

“Diplomatiya keçmişdə işə yaradı və gələcəkdə də işləyə bilər. Lakin diplomatiyaya qayıtmaq üçün təcavüzə son qoyulmalıdır”, - nazir deyib

Arakçı İsrailin açıq şəkildə diplomatiyaya qarşı olduğunu vurğulayıb.

Onun sözlərinə görə, İran danışıqlar yolu ilə həllə hazırdır:

“2015-ci ildə olduğu kimi, danışıqlar yolu ilə həllə mütləq hazırıq”.