İranda güclü zəlzələ baş verdi

İranda güclü zəlzələ baş verdi
Dünya 20 İyun 2025 22:45

Iranda 5,5 bal gücündə zəlzələ qeydə alınıb.

Sitat.info  xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat yayıb.

Zəlzələnin episentri təxminən 124 min nəfər əhalisi olan Semnan şəhərindən 36 km şimal-qərbdə, ocağı isə 10 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur.