Almaniya İsrailə silah ixracını təsdiqlədi

Almaniya İsrailə silah ixracını təsdiqlədi
Dünya 19 İyun 2025 15:06

Fridrix Merzin rəhbərlik etdiyi yeni Almaniya hökuməti İsrailə təxminən 4 milyon avro dəyərində silah ixracını təsdiqləyib.

Sitat.info xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat Nazirliyi məlumat yayıb.

Bildirilib ki, mayın 7-dən iyunun 10-dək İsrailə ümumilikdə 3 milyon 986 min avro dəyərində silah tədarükünə icazə verilib.