ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert

ABŞ İranı vursa, iki ölkə dərhal müharibəyə qoşulacaq – Ekspert
Dünya 18 İyun 2025 11:02

Ötən gün axşam saatlarında ABŞ Prezidenti Donald Trampın Təhlükəsizlik Şurasını toplaması bir çox ehtimallara yol açıb.

Sitat.info xəbər verir ki, beynəlxalq media ABŞ rəsmilərinə istinadla Trampın İsrailin İrana zərbələrinə ABŞ-ın qoşulması imkanlarını müzakirə etdiyini yazıb. Bu isə müxtəlif ssenariləri gündəmə gətirib.

Politoloq Turab Rzayev bildirib ki, əgər ABŞ İrana açıq müdaxilə etsə, Rusiya və Çin də müharibəyə qoşulacaq. Bu isə 3-cü Dünya müharibəsi demək olacaq.

Xatırladaq ki, Rusiya ABŞ-ın müharibəyə qoşulmasının dəhşətli nəticələri ilə bağlı artıq xəbərdarlıq edib./Axar.az