ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir

ABŞ Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir
Dünya 17 İyun 2025 22:43

Pentaqon İsrail və İran arasında qarşılıqlı zərbələr fonunda Yaxın Şərqə əlavə qırıcı təyyarələr göndərir.  

Sitat.info  xəbər verir ki, bu barədə "Reuters" agentliyi mənbələrə istinadən məlumat yayıb.  

Söhbət F-16, F-22 və F-35 tipli təyyarələrdən gedir.  Mənbələrin bildirdiyinə görə, bu addım müdafiə məqsədləri daşıyır.