AEBA: Natanzda zavoda atılan raketlər yeraltı məkanlara da zərər vurub

AEBA: Natanzda zavoda atılan raketlər yeraltı məkanlara da zərər vurub
Dünya 17 İyun 2025 16:55

Natanzdakı (İran) uran zənginləşdirmə zavodunun yeraltı məkanlarına zərbələrin izləri aşkarlanıb.

Sitat.info  xəbər verir ki, bu barədə Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (AEBA) “X” sosial şəbəkəsindəki hesabında paylaşım edilib.

"İyunun 13-də baş verən hücumlardan sonra toplanan yüksək dəqiqlikli peyk görüntülərinin davam edən təhlili əsasında, AEBA Natanzdakı yeraltı zənginləşdirmə sexlərinə birbaşa təsiri göstərən əlavə elementlər aşkar edib", - paylaşımda qeyd olunub.

Bildirilib ki, İsfahan və Fordo ilə bağlı hesabatlarda dəyişiklik yoxdur.