Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb

Bayden Ukraynaya 40 milyard dollarlıq yardım ayrılması layihəsini imzalayıb
Dünya 21 May 2022 15:09

ABŞ Prezidenti Cozef Bayden Ukraynaya 40 milyard dollar yardım haqqında qanun layihəsini imzalayıb.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, məlumatı Ağ evin saytı yayıb.

Bildirilib ki, ABŞ Prezidenti müvafiq qanun layihəsini mayın 21-də imzalayıb.

Qeyd edək ki, mayın 19-da ABŞ senatı Ukraynaya 40 milyard dollar hərbi və humanitar yardım paketinin ayrılması barədə layihənin lehinə səs vermişdi. Sənəd senatda səs çoxluğu ilə qəbul edilərək imzalanmaq üçün ABŞ Prezidentinə göndərilmişdi.