Ukraynadan Avropaya göndərilən rus qazının həcmi azaldı

Ukraynadan Avropaya göndərilən rus qazının həcmi azaldı
Dünya 21 May 2022 12:33

Bu gün Ukrayna üzərindən təbii qaz nəqlinə tələbatda ciddi azalma müşahidə olunur.

Sitat.info Axar.az-a istinadən xəbər verir ki, bunu “Qazprom” şirkətinin rəsmi nümayəndəsi Sergey Kupriyanov jurnalistlərə açıqlamasında deyib.

“Qazprom” mayın 21-də Ukrayna üzərindən 45,9 milyon kubmetr təbii qaz nəql edəcək. Şirkət ötən gün isə Ukrayna vasitəsilə 62,4 milyon kubmetr təbii qaz nəql edib. Beləliklə, Ukrayna üzərindən Avropaya göndərilən təbii qazın həcmi dünənlə müqayisədə 26,4 faiz azalacaq”, - şirkət rəsmisi bildirib.