Talibanın ali lideri belə çoxarvadlılıqdan çəkinməyi tövsiyə edib

Talibanın ali lideri belə çoxarvadlılıqdan çəkinməyi tövsiyə edib
Dünya 21 May 2022 09:32

Əfqanıstanda hakimiyyəti ələ keçirmiş radikal “Taliban” hərəkatının ali lideri Hibətullah Axundzadə hərəkat üzvlərinə iki, üç və ya dörd nikahdan çəkinməyi tövsiyə edən fərman imzalayıb.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə “TOLOnews” porlalı məlumat yayıb.

Saytın informasiyasına əsasən, Talibanın rəhbəri “məcbur qalınmadıqca, olduqca baha başa gələn çoxnikahlılığın doğru olmadığını” bildirib.