Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub
Dünya 10 İyun 2025 23:08

Rusiya və Ukrayna arasında növbəti əsir mübadiləsi olub.

Sitat.info xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, iyunun 2-də İstanbulda razılaşdırılmış əsir mübadiləsinin ikinci mərhələsi baş tutub.

Razılaşma çərçivəsində rusiyalı hərbi əsirlərin ikinci qrupu Ukraynadan qaytarılıb. Eyni zamanda, Ukrayna ordusunun bir qrup hərbi əsiri qarşı tərəfə təhvil verilib.