İzmirdə meşə yanır

İzmirdə meşə yanır
Dünya 10 İyun 2025 17:20

Türkiyənin İzmir vilayətinin Kamalpaşa rayonundakı meşəlik ərazidə yanğın başlayıb.

Sitat.info xəbər verir ki, bu barədə TRT Haber məlumat yayıb.

Məlumata görə, yanğının məhdudlaşdırılması üçün əraziyə 1 təyyarə, 4 helikopter, 24 yanğınsöndürən maşın cəlb olunub.

Yanğının hansı səbəbdən baş verdiyi hələlik məlum deyil.