Toral millinin oyununa çıxmayacaq?

Toral millinin oyununa çıxmayacaq?
Gündəm 06 İyun 2025 20:25

Sabah yoldaşlıq görüşü çərçivəsində Latviya millisi ilə qarşılaşacaq Azərbaycan yığması Riqada oyun öncəsi son məşqə çıxıb. 

Sitat.info xəbər verir ki, komandanın müdafiəçisi Toral Bayramov məşqdə iştirak etməyib. 

Buna səbəb isə onun hərarətinin olmasıdır. T.Bayramovun sabahkı matçda meydana çıxıb-çıxmayacağı da bəlli deyil.