Mask Trampı yalan danışmaqda ittiham etdi

Mask Trampı yalan danışmaqda ittiham etdi
Dünya 05 İyun 2025 22:10

Amerikalı milyarder İlon Mask ABŞ Prezidenti Donald Trampın sözlərini yalan adlandırıb.

Sitat.info  xəbər verir ki, bu barədə o, “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“Yalandır! Bu qanun layihəsi mənə göstərilməyib və gecə yarısı elə tez qəbul edilib ki, Konqresdə demək olar heç kim onu oxuya bilməyib”, - Mask yazıb.

Xatırladaq ki, daha əvvəl Tramp "vahid, böyük, gözəl qanun layihəsi"ni tənqid edən milyarderdən məyus olduğunu bildirmişdi.