Xameneyi ABŞ-nin şərtlərini rədd etdi: Boyun əyməyəcəyik

Xameneyi ABŞ-nin şərtlərini rədd etdi: Boyun əyməyəcəyik
Dünya 04 İyun 2025 10:31

“ABŞ-nin İranla danışıqlar zamanı Tehranın nüvə proqramı ilə bağlı böhranın həlli üçün irəli sürdüyü şərtlər İslam Respublikasının əsas prinsiplərinə ziddir”.

Sitat.info xəbər verir ki, bunu İranın ali dini rəhbəri Əli Xameneyi bildirib.

“Bizim maraqlarımızı qoruyan əsas prinsip “bacarırıq” prinsipidir. Omanın vasitəçiliyi ilə aparılan nüvə danışıqlarının son raundunda ABŞ-nin irəli sürdüyü bütün təkliflər bu prinsipə 100 faiz ziddir”, - İranın dini rəhbəri qeyd edib.

Əli Xameneyi İranın öz düşmənlərinə boyun əyməyəcəyini iddia edib./Teleqraf